Müştərisinin saçını kəsib, sonra təqaüd pulunu talayan bərbər saxlanıldı - VİDEO
Azərbaycan və ABŞ əməkdaşlığının iqtisadi və regional təsiri
Bakıda Azərbaycan–C6 beyin mərkəzlərinin konfransı keçirilib - FOTO - YENİLƏNİB
Ali təhsil müəssisələrinə və kolleclərə tələbə qəbulu elan edilir
“Tarixi Qəhrəmanlardan Öyrənək” layihəsi çərçivəsində vətənpərvərlik tədbiri keçirilib -FOTOLAR
30 Aprel 2022 14:26
3 619
Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu Öndər bu Fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi.
1999-cu ildə vəziyyət fərqli idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hələ də ümidlər tükənməmişdi. Ancaq buna baxmayaraq, Heydər Əliyevin qərarı əsasında Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə yaradılmışdır və o gündən bu günə qədər xüsusi təyinatlılar böyük və şərəfli yol keçərək, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol oynamışlar".