
“Zəngilan qürurun, zəfərin və dirçəlişin şəhəri kimi tarixə düşüb”
20 Oktyabr 18:56
20 Oktyabr 18:56
20 Oktyabr 17:25
20 Oktyabr 17:08
İsrailin kəşfiyyat PUA-ları Livanın prezident sarayının üzərində dövrə vurub
Britaniya hərbçiləri hərbi obyektlər üzərindəki PUA-ları vura biləcəklər
ABŞ Senatı hökumətin maliyyələşdirməsi ilə bağlı qanun layihəsini yenidən rədd edib
Bessent: ABŞ G7-dən Rusiyaya təzyiqin artırılmasını gözləyir
KİV: Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur
Ermənistanın dörd kəndi Azərbaycana qaytarması uzun müddət gözlənilən tarixi hadisə və Azərbaycanın diplomatik qələbəsi oldu.
Bu barədə Trend-ə "Ortaq Gələcəyə Malik İcma" Pakistan Araşdırma Mərkəzinin (PRCCSF) icraçı direktoru Xalid Taymur Əkrəm deyib.
"Ermənistan və Azərbaycan arasındakı razılaşmaya əsasən, Ermənistanın daha əvvəl işğal etdiyi dörd kəndi qaytarması Cənubi Qafqazda sülh üçün tarixi hadisə oldu. Bu nailiyyət Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasi yanaşmasının sübutudur", - o deyib.
Onun sözlərinə görə, 1991-ci il tarixli Almatı bəyannaməsi əsasında sərhədlərin delimitasiya prosesinin keçirilməsi barədə razılaşma sayəsində hər iki tərəf regionda dayanıqlı inkişafa yol açacaq və gələcək əməkdaşlıq və etimad möhkəmləndirmə tədbirlərinin təməlini təşkil edəcək danışıqların əsasını qoyub.
"Azərbaycanın konstruktiv dialoqa daima hazır olması ölkənin münaqişələrin sülh yolu ilə həllinə sadiqliyini vurğulayır və bununla, Cənubi Qafqaz regionunda əməkdaşlıq, sabitlik və təhlükəsizliyə imkan yaradır", - deyə Xalid Taymur Əkrəm əlavə edib.
Ekspert qeyd edib ki, Ermənistan davamlı sülhə nail olmaq üçün konstruktiv qarşılıqlı fəaliyyətə və qarşılıqlı hörmətə sadiqlik nümayiş etdirməlidir.