Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib
Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub
Balıqçılıq və Akvakultura Mərkəzinə dövlət büdcəsindən vəsait ayrılıb
“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb - FƏRMAN
Zərgərlik məmulatlarına dövlət əyar damğasını vuracaq orqan müəyyənləşib
28 Sentyabr 2024 20:06
4 375
"Özünü Fransanın Ermənistandakı səfiri kimi qələmə verən şəxs gülünc açıqlamalarını davam etdirir. O, tamam aidiyyətsiz bir məsələni belə, öz aləmində Azərbaycana hücum etmək imkanı kimi görür, diplomat kim deyil, daşnak, revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır". Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb: "Xüsusən, Ermənistanın baş nazirinin BMT Baş Assambleyasında çıxışından sonra belə açıqlamalar verməklə o, təkcə özünü deyil, həm də son illərdə bir-bir ölkələrdən qovularaq biabır olmuş Fransanı daha da gözdən salır. Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlı durumdur.
Özünü səfir kimi təqdim edən şəxsə zəruri bir xatırlatma etmək istərdik ki, işğaldan otuz il ərzində əziyyət çəkmiş Azərbaycandır və Fransa buna faktiki olaraq dəstək verib. Həmçinin xatırlatmaq istərdik ki, Əhmədiyyə Cəbrayılovun nümunəsində Azərbaycan xalqının oğulları nasist Almaniyasının işğalı altında olan Fransanı azad etmək üçün fədakarlıqla mübarizə aparıblar".