17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
20 Aprel 2025 19:29
2 870
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in baş katibi Firidun Sinirlioğlu İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesi, o cümlədən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi müzakirə edilib.
Nazir Mirzoyan sazişin imzalanmasının vacibliyini vurğulayıb.
Mirzoyan və Sinirlioğlu Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.
17 Sentyabr 19:51
861
17 Sentyabr 18:09
945
17 Sentyabr 17:32
1 106