“Ermənistan Avropaya və bütün dünyaya təhdiddir” Siyasət

“Ermənistan Avropaya və bütün dünyaya təhdiddir”

"Ermənistan qonşusu olan Azərbaycana qarşı terror törədib. Bunun nəticəsində Azərbaycan xalqı itki və acılar yaşayıb".
Bu sözləri amerikalı jurnalist, siyasi təhlilçi Piter Teys Bakıda "Azərbaycan multikhlturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Avropa İttifaqı, ABŞ kimi aparıcı qlobal güclər ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi terrora səssiz qalır: "Mən dünyanı Robert Köçəryan və Serj Sarkisyanın faşist rejiminə reaksiya verməyə çağırıram. Ermənilər Dağlıq Qarabağ vasitəsi ilə dünyaya narkotik vasitələr ixrac edir. Bundan Qərb də əziyyət çəkir. Ermənilər Azərbaycanın etno-mədəniyyətinə, ətraf mühitinə ciddi zərər vurub. Ermənistan Avropaya və bütün dünyaya təhdiddir".