Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
10 May 2019 13:54
1 309
10 May
Şuşanı Azərbaycandakı daxili qeyri-stabillik sayəsində ələ keçirdik.
Bunu Şuşanın işğalıyla bağlı tədbirdən sonra jurnalistlərə açıqlamasında Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.
“Hər kəsə aydın idi ki, Şuşada uğur qazanılacağı halda qələbə demək olar ki, təmin ediləcəkdi, lakin digər tərəfdən, uğursuzluq olacağı təqdirdə biz tam məğlubiyyətin astanasında olacaqdıq.Məhz bu səbəbdən Şuşaya hücum əməliyyatı hazırlığının gedişində biz uzun müzakirələr apardıq.Buna qədər biz iki dəfə əməliyyatı təxirə saldıq.Şuşaya hücum dörd istiqamətdə aparılırdı”, – deyə o bildirib.
O, hücumdan üç ay öncə Azərbaycanın böyük hücuma keçdiyini və bu hücum zamanı döyüş qabiliyyətli ən güclü erməni batalyonunun məhv edildiyini deyib.
Sərkisyan erməni tərəfinin uğurunun Azərbaycan daxilində siyasi qeyri-stabilliklə bağlı olduğunu etiraf edib:
“Azərbaycanda bu zaman daxili siyasi didişmə və tam qarışıqlıq gedirdi və bu da bizə çox kömək etdi.Əməliyyatda təkcə könüllülər iştirak edirdi, amma vacib olan odur ki, əməliyyatda həmçinin Dağlıq Qarabağın o zamankı bütün rəhbərləri iştirak edirdilər.Robert Köçəryan Laçın istiqamətindən, Bako Xankəndidə formalaşdırılmış bölüklə və Samvel Karapetyan hücuma keçdi.Ümumi məsuliyyəti mən daşıyırdım, Robert Köçəryan və Vazgen Sərkisyana hesabat verirdim.Şuşanın alınması haqqında ayaqüstə danışmaq çətindir, amma bir daha təkrar edirəm ki, Şuşanın ələ keçirilməsi əməliyyatı çox şeyi müəyyənləşdirdi”.
15 Noyabr 21:25
1 547
15 Noyabr 17:47
1 169
15 Noyabr 17:44
1 148