Hikmət Hacıyev: Bu gün status-kvo dəyişdirilib, heç kim Azərbaycana şərt qoya bilməz Siyasət

Hikmət Hacıyev: Bu gün status-kvo dəyişdirilib, heç kim Azərbaycana şərt qoya bilməz

Bu hərbi əməliyyatlar Ermənistan iqtisadiyyatına da böyük zərbə vurub. Bu günə qədər Ermənistan diqtə ilə danışırdı, şərtlər irəli qoyurdu.

Bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

Bu gün status-kvo dəyişdirilib, heç kim Azərbaycana şərt qoya bilməz. Atəşkəs sülh deyil, Moskvada qəbul olunmuş atəşkəs humanitar xarakter daşıyır. Bu gün ermənilər humanitar atəşkəs yalvarışları ilə gəldi. Hərbi və diplomatik sahədə səylərimiz davam edəcək. Bundan sonrakı fəaliyət ondan ibarətdir ki, spesifik detallar əsasında aparılmalıdır, Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı konkret addımlar atmalıdır