9 Sentyabr 23:45
9 Sentyabr 23:12
9 Sentyabr 23:10
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
“Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” adlı nəşr işıq üzü görüb
Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 20 vaqon arpa və 21 vaqon buğda göndərilib
12 Mart 2021 12:26
2 128
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın xarici işlər nazirini Sergey Lavrova təşəkkür məktubu göndərib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Rusiyada akkreditə olunan xarici diplomatların və onların ailə üzvlərinin koronavirusa qarşı peyvənd olunması prosesindən danışan M. Zaxarova deyib ki, Rusiya bunu beynəlxalq hüquqi sənədlərə və diplomatik işin norma və ənənələrinə uyğun olaraq həyata keçirir: “Nəzərinizə çatdırım ki, artıq bir çox xarici diplomat koronavirusa qarşı Rusiya vaksini ilə peyvənd olunub. Onu da bildirim ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ünvanına Azərbaycan səfiri Polad Bülbüloğlu adından təşəkkür məktubu daxil olub. Xatırladım ki, Polad Bülbüloğlu Moskvadakı diplomatik korpusun duayenidir. Təşəkkür məktubunda qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü dərin hörmətə layiqdir və bütün diplomatik korpus tərəfindən yüksək qiymətləndirilir”.