Pənahəli xanın nəvəsi: Qarabağda olduğuma görə çox qürurluyam Cəmiyyət

Pənahəli xanın nəvəsi: Qarabağda olduğuma görə çox qürurluyam

"Mən Madrid şəhərində yaşayıram. Pənahəli Xanın nəslinin nümayəndəsi kimi Qarabağda olduğuma görə çox qürurluyam".

Bunu APA-ya açıqlamasında Pənahəli xanın dördüncü nəsil nəvəsi Zeynəb Əkbərzadə deyib.

"Həm ulu babamın təməlini qoyduğu şəhəri görmək, həm də burada dövlətimizin keçirdiyi tədbirin iştirakçısı olmaqdan məmnunam. Əminəm ki, bu tədbir mənə yeni dostlar qazandıracaq. Fürsətdən istifadə edib tədbirin təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm", - o qeyd edib.

Qeyd edək ki, hazırda Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilir.