Xumarlıda Azərbaycanın tarixi abidələri dağıdılır Güney Azərbaycan

Xumarlıda Azərbaycanın tarixi abidələri dağıdılır

Bələdiyyə başçısı Mədəni İrs, Turizm və Əl İşləri İdarəsini Azərbaycan abidələrinə qarşı laqeydlikdə ittiham edib.

Şərqi Azərbaycan əyalətinin Xumarlı (Xudafərin) şəhərinin bələdiyyə başçısı Abbas İmannəjad bölgədə tarixi abidə və binaların dağılmaq üzrə oduğunu deyib və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsini Azərbaycan abidələrinə qarşı laqeydlikdə ittiham edib.

O, bölgədə Vinəq və Aynalı tarixi sarayları ilə eyni vaxtda tikilən “Ağa Damdaşı” və “Məşədi Abdulla” tarixi binalarının dağılmaq üzrə olduğunu və əlaqədar qurumların bununla bağlı heç bir tədbir görmədiklərini deyib.

Bölgənin tarixi abidələri olmaqla yanaşı, azərbaycanlıların nadir mədəni irs nümunələrindən olan adı çəkilən tarixi tikililərə qarşı laqeydliyin anlaşılmadığını deyən bələdiyyə başçısı, onların qorunub bərpa edilməsi ilə bağlı təcili addımların atılmasını istəyib.

Gunaz.tv