7 Sentyabr 2023 15:07
5 341
Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) bölgəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Gunaz.tv
Bu barədə əyalətin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Məhbubi məlumat verib.
O, hadsə nəticəsində 5 nəfərin yerindəcə öldüyünü, 2 nəfərin yaralandığını bildirib.
Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin Culfa-Xoy yolunda sərnişin avtobusunun aşması nəticəsində 16 nəfər yaralanıb.
Bu barədə əyalətin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadinian açıqlama verib.
O, yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirib.
Qeyd edək ki, İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə çoxdur.
Baş verən qəzalarda milli avtomobillərin bir neçə parçaya bölünməsi, avtomobilin özü-özünə alışaraq yanması bir sıra rəsmilərin diqqətini köhnə maşınlardan istifadəyə yönəldib. Onlar buna etirazını bildiriblər.
Qeyd edək ki, İranda yerli istehsal olan keyfiyyətsiz avtomobillərə xalq arasında "ölüm arabaları" adı verilib.
26 Dekabr 14:21
1 645
25 Dekabr 12:09
1 974
25 Dekabr 11:11
2 093