11 Noyabr 23:45
11 Noyabr 23:42
23 May 2020 10:31
10 052
Avropanın daha bir ölkəsində futbol çempionatının bərpa tarixi müəyyənləşib.
Koronavirus pandemiyası üzündən dayandırılan Portuqaliya çempionatı iyunun 3-də bərpa olunacaq.
Fasilədən sonrakı ilk turun qarşılaşmaları 5 günü əhatə edəcək. Görüşlər iyunun 3-dən 7-dək keçiriləcək.
Yarışın qalan hissəsi iki matçla start götürəcək. “Portimonense” “Jil Visente” ilə, “Famalikao” “Porto” ilə üz-üzə gələcək.
Qeyd edək ki, çempionat martda dayandırılıb. 24 turdan sonra “Porto” 60 xalla 1-ci, “Benfika” 59 xalla 2-ci, “Braqa” 46 xalla 3-cüdür.
11 Noyabr 16:08
938
11 Noyabr 13:47
966
8 Noyabr 17:04
1 932