Dağıstanda döyüşlər gedir Dünya

Dağıstanda döyüşlər gedir

Rusiya Daxili İşlər Nazirliyi Dağıstanın Xasavyurt rayonunda mücahidlərə qarşı əməliyyat aparır.
"Axar.az" xəbər verir ki, bu informasiyanı mücahidlərə yaxın saytlar yayıb. Xasavyurtda aparılan yoxlamalar zamanı bütün şəxslərin evlərinin axtarıldığı bildirilib. Mücahidlərə yaxın saytlar əvvəlki illərdə olduğu kimi, evlər arasında fərqin qoyulmadığını qeyd ediblər. Dünən rayondakı evlərin birində mücahidlərlə ruslar arasında savaş getdiyi bildirilir. Hələlik atışma nəticəsində bir nəfər - Səlimə ləqəbli Ruzanna İbrahimova adlı qadının həlak olduğu barədə məlumat yayılıb.