“Azərbaycanın strateji əhəmiyyəti artır”
15 Noyabr 11:47
15 Noyabr 11:47
26 Noyabr 2024 13:37
3 402
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsinin Dəllər kəndində baş vermiş insident zamanı 7 nəfər bıçaqlanıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, hadisə toy mərasimində baş verib. Məlumata görə, toyda rayonun Dəllər və Darvaz kəndlərindən olan gənclər arasında yaranmış mübahisə kütləvi davaya çevrilib. Əlbəyaxa dava zamanı Dəllər kəndindən 6 nəfər, Darvaz kəndindən isə 1 nəfər bıçaqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq çərçivəsində iki nəfər saxlanılıb.
15 Noyabr 08:59
910
15 Noyabr 08:58
924
15 Noyabr 08:57
896