Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
5 Dekabr 2024 14:39
2 653
Tanınmış türkiyəli professor, tarixçi İlbər Ortaylı xəstəxanaya yerləşdirilib.
Xalqcəbhəsi.az xəbər verir ki, bununla bağlı Türkiyənin “haberglobal.com.tr” saytı xəbər paylaşıb.
Xəbərdə bildirilir ki, professor bir müddət əvvəl qatıldığı televiziya proqramını halı pisləşərək tərk edib.
İ.Ortaylının səhhəti ilə bağlı açıqlama verən jurnalist Fatih Altaylı məşhur tarixçinin şəkər xəstəliyindən qaynaqlanan bəzi xəstəlikləri olduğunu və ayağındakı yaraya mikrob düşüb fəsadlar törətdiyini bildirib: “Həkimlərdən xahiş etdik ki, bir az xəstəxanada tutun. Çünki xəstəxanadan qaçır” .
F.Altaylı hazırda alimin səhhətinin yaxşı olduğunu deyib.