
Zelenski: Təhlükəsizliyin əsas təminatı Ukraynanın güclü ordusudur
4 Sentyabr 17:54
4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
4 Sentyabr 17:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Suriyanın yeni hakimiyyət orqanları üçün prioritet enerji sektorunun və hava nəqliyyatının bərpasıdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə keçirdiyi mətbuat konfransında deyib.
"Mümkün qədər tez bir zamanda ciddi addımlar atmaq lazımdır. Suriya ilə bağlı tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılması da vacibdir. Bundan əlavə, Suriyanın bütün ərazisində təhlükəsizliyin təmin edilməsi və ölkədə fəaliyyət göstərən bütün silahlı qrupların Milli Ordunun komandanlığı altında birləşməsi vacibdir, - Fidan bildirib.
Türkiyə xarici işlər naziri, həmçinin terrorla mübarizəni vacib proses adlandırıb.
"Biz bu prosesi yaxından izləyirik. Suriyada terrorun davam etməsinə dözmək niyyətində deyilik", - Fidan Suriyanın şimalında fəaliyyət göstərən PKK qüvvələrinə işarə edib.