14:32
1 029
İran və ABŞ təmaslar zamanı ABŞ prezidenti Donald Trampa qarşı hazırlanan mümkün sui-qəsdlər barədə məlumatları müzakirə etməyiblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Esmail Bəqai məlumat verib.
"Bu məsələlər heç vaxt danışıqlarımızın mövzusu olmayıb. Bununla belə, beynəlxalq arenada öz maraqlarını irəli sürmək üçün hər cür dəyişiklikdən və hadisədən istifadə etməyə çalışan qüvvələrin olduğuna heç bir şübhə yoxdur", — deyə o, brifinq zamanı bildirib.
Bəqai, ABŞ və İsrail zərbələri nəticəsində həlak olan İran liderlərinə görə sıravi iranlıların qisas tələb etməsindən Qərbin şikayətlənməsini "açıq-aşkar həyasızlıq" adlandırıb. "Onlar İran vətəndaşlarını, İran rəhbərlərini və görkəmli xadimlərini qətlə yetiriblər, bununla fəxr edirlər, indi isə özlərini qurban və zərərçəkmiş tərəf kimi qələmə verməyə çalışırlar", — deyə o vurğulayıb.
Məryəm Quliyeva