Avropa Birliyi Bolqarıstana tələb qoydu Dünya

Avropa Birliyi Bolqarıstana tələb qoydu

""Cənub axını"nın inşasını dayandırın"

Brüsseldə hesab edirlər ki, "Cənub axını" layihəsi Avropa qanunvericiliyini pozur və bu üzdən onun icrası dayandırılmalıdır. Bolqarıstan hökumətinin cavab vermək üçün 1 ay vaxtı var.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Daxili bazar və xidmətlər" qurumunun mətbuat katibi Şantal Hyuz deyub.
Avropa Komissiyasının rəsmi nümayəndəsi Antuan Kolombani isə bildirib ki, Rusiya tərəfinin tərəfdaş qismində bolqarları seçməsi yetərincə şəffaf proses olmayıb və bu, müəyyən problemlər yaradır.
Qeyd edək ki, Ukrayna ərazisindən yan keçməklə qaz borusunun inşasını nəzərdə tutan "Cənub axını" layihəsinin reallaşdırılması aprelin 17-də dayandırılıb. Avropa Birliyi "Cənub axını"nı Azərbaycanda hasil olunan qazla əvəzləmək niyyətindədir.