ABŞ Türkiyəyə yeni təhdid mesajı göndərib Dünya

ABŞ Türkiyəyə yeni təhdid mesajı göndərib

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sisitemi almasını həzm edə bilməyən ABŞ qardaş ölkəyə yeni təhdid mesajı göndərib. Donald Tramp hökuməti Türkiyəni hərbi layihələrdən kənarlaşdırmaqla təhdid edib. Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Uess Mişell açıqlama verib. O, Türkiyənin ABŞ-dan F-35, Rusiyadan isə S-400 alması mövzusunda verilən sualı belə cavablandırıb: "Türkiyə Rusiya istehsalı olan silahlar almaqda qətilik göstərərsə, bu, avtomatik olaraq onların Amerikanın hərbi layihələrinə qatılmasına da təsir göstərəcək".
Bununla da Türkiyənin F-35 təhdidlərinə boyun əymədiyini görən ABŞ bu ölkəni özünün hərbi layihələrindən kənarlaşdırmaq niyyətində olduğunu önə sürüb. ABŞ-dan təhdidlərin gəlməsinə rəğmən, ortada belə bir gerçək var ki, 5-ci nəsil müharibələrin istehsal ortaqlarından biri Türkiyədir. Sözügedən müharibə təyyarələrinin Türkiyəyə ilk təslimatının 21 iyun tarixində gerçəkləşdirilməsi gözlənilir.
Qeyd edək ki, ABŞ Senatına Türkiyənin F-35 proqramından çıxarılması üçün bir qanun layihəsi təqdim edilib. Bu layihə Türkiyənin S-400 almaması üçün F-35-lərlə təhdid edilməsini açıq şəkildə ortaya qoyub.