Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
26 İyul 2019 11:34
1 946
ABŞ Türkiyəyə nə zaman sanksiya tətbiq edəcəyini bilmir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.
Həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ortaqus bildirib ki, CAATSA proqramının tətbiq edilməsində zaman məhdudiyyəti yoxdur: “ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeo ilə müşavirələr keçirir. Bu mövzunu prezident və dövlət katibinin ixtiyarına buraxmaq istəyirəm. Türkiyə NATO üzvü kimi İŞİD ilə mübarizədə böyük rol oynayıb. Bu zamana qədər atdığımız addımlar olduqca böyük əhəmiyyət daşıyır. NATO üzvünə sanksiya tətbiq etmək çox ciddi durumdur”.
Onu da qeyd edək ki, Rusiyadan S-400 zenit raket kompleksi aldığına görə ABŞ tərəfindən F-35 təyyarələrinin verilməməsi ilə təhdid olunan Ankara alternativlər tapıb.
F-35-lərin təhvil verilməməsi ehtimalına qarşı, ilk növbədə, Türkiyə Silahlı Qüvvələrinin arsenalındakı F-4 və F-16 təyyarələrinin istifadə müddətinin uzadılmasına start veriləcək.
İkinci addım olaraq TFX milli döyüş təyyarəsi layihəsi sürətləndiriləcək. F-35 proqramında işləyən 10 türk firması gücünü bu layihəyə istiqamətləndirəcək. TFX-in planlaşdırılandan daha tez istifadəyə verilməsi üçün bütün qaynaqlar səfərbər olunacaq.
Bu addımlarla yanaşı, yeni nəsil döyüş təyyarələrinə sahib Rusiya kimi ölkələrlə bu mövzuda əlaqə qurulacaq.
15 Noyabr 17:45
1 722
15 Noyabr 17:44
1 694
15 Noyabr 17:09
1 806