“Bu, İslamın mahiyyətinə ziddir” Dünya

“Bu, İslamın mahiyyətinə ziddir”

İslam alimləri "İslam Dövləti" liderinə müraciət ediblər

126 ölkədən olan İslam alimləri "İslam Dövləti" terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadiyə onun elan etdiyi "xilafət"in islamın mahiyyətini əks etdirmədiyi ilə bağlı müraciət ediblər.
Bu barədə cümə günü Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.
Alimlərin müraciətində deyilir ki, müsəlmanların ümumi razılığı olmadan xilafətin elan edilməsi islam qanunlarına uyğun deyil.