Rusiya qlobal enerji keçidinə hazırlaşır Dünya

Rusiya qlobal enerji keçidinə hazırlaşır

Rusiya hökuməti baş nazir Mixail Mişustinin sərəncamı ilə "Rusiya iqtisadiyyatını qlobal enerji keçidinə uyğunlaşdırmaq üzrə" işçi qrupları yaratmağa hazırlaşır.

“APA-Economics”in məlumatına görə, bu barədə “RBK” mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, baş nazirin birinci müavini Andrey Belousov sözügedən qrupların kuratoru olacaq.

Vurğulanır ki, Çinin iqlim dəyişikliyi ilə mübarizə planları və öz bazarını "çirkli" mallardan qorumaq üçün Aİ-nin radikal təşəbbüsləri fonunda işçi qruplarının yaradılmasına dair qərar iyun ayında qəbul edilib.

Qeyd etmək lazımdır ki, qlobal enerji keçidi alternativ enerjinin inkişafı fonunda ənənəvi yanacağa olan tələbatın azaldılması nəzərdə tutur.