17 Sentyabr 2021 08:54
2 240
Hindistanın paytaxtı Mumbay şəhərinin cənubunda tikintisi davam edən estakadanın bir hissəsi çöküb.
Trend-in məlumatına görə, bu barədə "ANİ" agentliyi şəhərin Santa-Krus rayonunun prokuroruna istinadən xəbər verib.
Məlumata əsasən, Bakı vaxtı ilə təxminən saat 03:00-da baş hadisə nəticəsində azı 13 nəfər xəsarət alıb. Bildirilir ki, ölən və itkin düşən yoxdur.
Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Hadisə yerində polis əməkdaşları və yanğınsöndürmə briqadaları işləyir.
21 Mart 16:50
1 589
21 Mart 16:38
1 547
21 Mart 11:27
1 547