

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi yardım adı altında Qazaxıstana qoşunyeritməsi yanlış qərar idi. Kreml göz görə-görə buaddım ilə həm KTMT Nizamnaməsinin 4-cümaddəsinin 5-ci bəndini pozdu, həm də Qazaxıstanda ikinci Əfqanıstan ssenarisinin yaranmasına imkanverdi”. Bunu xalqcəbhəsi.az-a açqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, KTMT-dən hərbi yardımı Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev istəsə də bütün hallarda Kremlin buna razılıq verməsi qanunsuzdur: “Belə ki, KTMT Nizamnaməsinin 4-cümaddəsinin 5-ci bəndinə qeyd edilir ki ittiffaq üzvlərindən birinə kənar müdaxilə olarsa, digər üzvlər də ona hərbi yardım göstərə bilər. Bu zaman sualyaranır: Qazaxıstana hansı kənar qüvvə hücum edib ki, Kreml KTMT-nin bu ölkəyə gəlməsinə razılıq verib?
Hər nə qədər etirazların pərdəarxasında Rusiya olsa datəqdim edilən görüntü qazax xalqının etiraz aksiyasıdır. Ancaq baş verən etiraz aksiyaları heç bir halda KTMT-yə və ya Tokayevə Nizamnamənin 4-cü maddəsinin 5-ci bəndindən istifadə hüququ tanımır.
Digər bir məsələ isə Qazaxıstanın ikinci Əfqanıstan ssenarisi ilə üz-üzə qalmasıdır. Kremlin mövcudvəziyyətin gələcəkdə həm özü üçün, həm də Qazaxıstan üçün doğura biləcəyi ağır nəticələrin fərqində deyil. Məsələ ondadır ki, KTMT-ninQazaxıstana müdaxiləsi və bu ölkədə uzun müddət qalması tədricən daxildəki antirus qüvvələrin güclənməsin gətirib çıxaracaq. Onsuz da diniradikalizmə meyilli olan qazax cəmiyyəti ruslara qarşınifrətini radikalizm və ekstimizm formasında göstərəcək. Bu isə öz növbəsində regionda ikinciTaliban bənzəri hərəkatın yaranmasına, ikinciƏfqanıstan ssenarisinin ortaya çıxmasına gətirib çıxara bilər.
Misal üçün Almatıda baş verən toqquşmalarnəticəsində ölən hüquq-mühafizə orqanlarıəməkdaşlarının sayı 14-ə çatıb. Ölənlərdən 3-nün meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb. Radikalislamın izləri artıq indidən hiss olunur.
Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiyada radikalislamçılıq müeyilləri hər zaman güclü olub. Ehtimalişğal təhdidi və ya bu düşüncə belə əks hərəkət kimiradikalizmin canlanmasına gətirib çıxara bilər. Prinsipetibarilə radikal islamçı qazaxlara silahlı dəstək verəcək Taliban, İŞİD kimi qruplaşmalar, FETÖ terrortəşkilatı kimi ideoloji qanadlarda mövcuddur. Bu isə nəinki Kreml və KTMT üçün problem olacaq, qazaxxalqına da ciddi zərər vuracaq”.
Əli