Pakistanda məscid yaxınlığında baş verən partlayışda 15 nəfər həlak olub
Pakistan İrandan hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmağı xahiş edib
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
Avropa İttifaqı Əlişir Usmanovla bağlı sanksiya kompromisi axtarır
10 Yanvar 2022 17:34
3 780
Polşada koronavirusun "omikron" ştammına yoluxanlar arasında ilk ölüm faktları qeydə alınıb.
Bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Voyçex Andruseviç deyib.
Onun sözlərinə görə, bu ştamma yoluxmuş iki nəfər həyatını itirib. Nazirlik nümayəndəsi əlavə edib ki, vəfat edənlərin 92 və 85 yaşı olub və peyvənd olunmayıblar.
Ümumilikdə, bu günədək Polşada 193 nəfərdə "omikron" ştammı aşkar edilib.
Ötən həftə ərzində ölkədə "omikron"a yoluxanların sayı 7-8 faiz artıb.