Kəmaləddin Heydərov Misir Sərhəd Qoşunlarının Komandanı ilə görüşüb Hadisə

Kəmaləddin Heydərov Misir Sərhəd Qoşunlarının Komandanı ilə görüşüb

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 30-da ölkəmizdə səfərdə olan Misir Ərəb RespublikasıMüdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kəmaləddin Heydərov bildirib ki, dost Azərbaycan və Misir arasında əlaqələr günü-gündən möhkəmlənir.
Nazir əlavə edib ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur.
Öz növbəsində, Əhməd İbrahim Məhəmməd İbrahimi bildirib ki, Misirin müvafiq qurumları ilə Azərbaycanın FHN arasında əməkdaşlığın geniş perspektivləri var.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.