Prezident rabitə və yüksək texnologiyalar sahəsinin işçilərini təltif edib Hadisə

Prezident rabitə və yüksək texnologiyalar sahəsinin işçilərini təltif edib

Prezident İlham ƏliyevAzərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Cəfərov Nazim Kazım oğlu, Rüstəmov Rəşad Keykavuz oğlu və Səfərov Rizvan Ziyanur oğluna "Əməkdar mühəndis" fəxri adı verilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Həsənova Sahibə Məzahir qızı, Qasımov İsa Vəli oğlu, Mehyəddinov Ənvər Əlistan oğlu, Məmmədova Firuzə Novruz qızı, Pirmətov Fərhad Veysəl oğlu və Vəlibəyli Sevinc Mürsəl qızı"Tərəqqi" medalı ilə, Məmmədov Novruz Qulu oğlu və
Naibov Vidadi Vaqif oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər: