
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Bir necə gündür Azərbaycanda koronavirusa yoluxma sayında çoxalma qeydə alınır. Düzdür, sağalanlar da az deyil. Ancaq vətəndaşlarımız arxayanlaşıblar. Sanki virus məhv olub və heç bir problem də yoxdur. Qətiyyən buna yol vermək olmaz. Əksinə insanlar daha ciddi şəkildə qaydalara əməl etməlidir. Əks halda yenidən sərt karantin rejiminə keçə bilərik”-bu açıqlamanı “Xalq Cəbhəsi.az” saytına BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Avropada "Covid-19"un ikinci dalğası başlanmışdır. Bununla bağlı artıq ölkələr sərt karantinə keçir, qapanmalar baş verir: “ Avropada bir çox ölkələri yenidən sərt karantik rejiminə keçirlər. Qardaş Türkiyə və Gürcüstan da artıq qapanmaya keçən ölkələrdəndir. Azərbaycan isə yumşalma prosesləri gedir. Lakin görünür vətəndaşlar bu yumşalma proseslərinindən sui-istifadə edir. Özüm də bir necə gündür müşahidə edirəm, artıq maska taxanlar azalıb və əvvəlik kimi qaydalra əməl edilmir. Vətəndaşlar maska taxmır, sosial məsafə qorumur. Biz cəmiyyət olaraq hər birimiz maraqlı olmalıyıq ki, hökümət yumşalmaları gedirsə, bütün qaydalara əməl olunmalıdır. İctimai qınaq təşkil edilməlidir. İmkan verməməiyik ki, vətəndaşın məsuliyyətsizliyi səbəbindən ölkəmizdə yenidən yoluxma sayı yüksəlsin. Hər birimiz vətəndaşlara çağrışılar etməliyik. Bir daha qeyd edirəm, insanlarin prosesdən sui-istifadə etməsi sərt karantinə keçid ilə nəticələnəcəkdir. İndidən geniş iş aparmalıyıq ki, sonrakı dönəmdə ciddi problem olmasın.”