Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Azərbaycana qarşı “ psixoloji savaş”

“Azərbaycana qarşı “ psixoloji savaş” Hadisə

“Azərbaycana qarşı “ psixoloji savaş”

Azər Həsrət: "Sanksiyalarla bağlı iddialar bunun tərkib hissəsidir"

Ekspertlər ABŞ-ın Azərbaycana qarşı müəyyən sanksiyalar tətbiq edəcəyi haqda iddiaların siyasi blef olduğunu bildirirlər. Son günlər müxalifətin radikal cinahının ruporu olan bəzi nəşrlərdə ABŞ-ın Azərbaycana qarşı sanksiyalar qəbul edəcəyinə yönəlik fikirlərin intensivləşdiyi müşahidə olunur.
Həmin nəşrlərin sırasında olan "Azadlıq" qəzetinin son sayında mövzuya dair daha bir material dərc edilib. Müəlliflər iddianın "ciddiliyini" nümayiş etdirmək üçün ABŞ dövlət katibinin sabiq köməkçisi David Kramerin fikirlərinə istinad ediblər.
Qəzet D.Kramerə istinadən gələn ilin yanvarında ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrin olacağını, orada "ABŞ-ın təzyiqlərinin artacağı və Bakıya səfərlər zamanı insan haqları məsələsi başlıca yer tutacağı" iddia olunub.
Bu tendensiyanı Gün.Az-a şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət dünyada və regionda mürəkəb siyasi proseslərin davam etdiyi bir şəraitdə ABŞ-ın onun üçün önəmli ölkə olan Azərbaycana qarşı hər hansı sanksiya tətbiqini mümkün saymır:
"İlkin olaraq qeyd edə bilərik ki, bu məzmunda iddialar ciddi və real deyil. Əslində, bu məsələnin bəzi qəzetlərdə az qala hökm kimi təqdim olunması ABŞ-ın müəyyən siyasi dairələrinin Azərbaycana qarşı apardıqları "psixoloji savaş"ın tərkib hissəsi kimi baxmaq lazımdır.
Onlar bununla Azərbaycanın hansısa məsələlərdə geri çəkilməsinə və onların maraqlarına uyğun addımlar atılmasına nail olmağa çalışırlar. Amma bu cəhdlərdə bulunanların cavabı layiqincə verilib.
İndiki şəraitdə və ümumiyyətlə, ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq edəcəyini söyləmək üçün yumşaq desək, əsas yoxdur. Bilirsiniz ki, ABŞ hazırda Rusiya ilə açıq qarşıdurma vəziyyətindədir. ABŞ Türkiyə ilə yaranmış müəyyən problemləri üzündən regiondakı proseslərə təsir üçün bəzi rıçaqlarını itirib və ya itirmək üzrədir.
Bundan sonra ABŞ-ın onun üçün çox önəmli ölkə olan Azərbaycanla da hər hansı problem yaşamaq istəməsi ağlabatan deyil. Çünki Azərbaycanla yaranacaq problem ABŞ-ın Qafqaz və MDB məkanındakı maraqlarına böyük zərbə olardı.
Bu söylədiklərim sanksiyalarla bağlı iddiaların qeyri-ciddiliyini göstərmək üçün idi. Əslində, isə ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir və bu ölkələr arasında strateji əməkdaşlıq mövcudur. Bu amil də həmin fikirlərin heç bir real zəminə söykənməməsinin daha bir göstəricisidir".