FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib Hadisə

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Tural

Fevralın 27-də 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin yaranmasının onuncu ildönümü münasibəti ilə FHN Cənub Regional Mərkəzi Lənkəran rayonu Ə.Hüseynov adına Vilvan kənd orta məktəbində "1 mart-Ümumdünya Mülki Müdafiə Günüdür" mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin qurumlarının regionda yerləşən bölmələrinin nümayəndələri, Lənkəran şəhər Təhsil Şöbəsinin əməkdaşları və məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.
Çıxış edən natiqlər "Mənzilinizdə təbii qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi riayət edin!", "Fövqəladə hallar, təsnifatı, xüsusiyyətləri və fövqəladə hal baş verdikdə insan psixologiyası", "Fərdi mühafizə vasitələri", "Hansı hadisələr baş verdikdə "112" qaynar telefon xəttinə zəng etmək olar?" və "Yanıqlar zamanı ilk tibbi yardım" mövzularında ətraflı məlumat vermişlər. Çıxışlardan sonra yanğın təhlükəsizliyi, dəm qazı və qaz cihazlarından istifadə qaydaları barədə videoçarxlar nümayiş olunmuşdur. Tədbirin sonunda yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanıb.