Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Sarı gəlin” Tokioda Azərbaycan dilində səslənib

“Sarı gəlin” Tokioda Azərbaycan dilində səslənib Mədəniyyət

“Sarı gəlin” Tokioda Azərbaycan dilində səslənib

Tokioda tanınmış caz ifaçısı, "Excellence Award" mükafatının qalibi xanım Kioko Yamamotanın Azərbaycan dilində səsləndirdiyi "Sarı gəlin" xalq mahnısı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Yaponiya paytaxtının məşhur Ropponqi əyləncə mərkəzindəki "Keystone club"da təşkil olunan konsert zamanı müxtəlif dünya xalqlarının caz musiqisi ilə yanaşı, Azərbaycan mahnısı da səslənib.
Əvvəlcə Kioko Yamamota yapon tamaşaçılara Azərbaycanın coğrafi mövqeyi, əsrarəngiz təbiəti, qədim və zəngin mədəniyyəti ilə əlaqədar məlumat verib. Qeyd edib ki, öz gözəlliyi ilə Dubayı xatırladan Bakı həm Avropa, həm də Asiya mədəniyyətinin parlaq nümunəsidir.
Biznes əlaqələri qurmaq üçün ölkəmizə səfər edən yapon xanım burada həm də çox zəngin musiqi ilə qarşılaşdığını bildirib. Qərara alıb ki, orijinallığı ilə seçilən Azərbaycan musiqi nümunələrini öz repertuarına daxil etsin. "Sarı gəlin"in yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanacağına əmin olduğunu vurğulayan Kioko Yamamota qeyd edib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycan musiqisi nümunələrinə geniş yer verəcək.
Yaponiyada ilk dəfə caz improvizasiyasında səslənən "Sarı gəlin" yapon tamaşaçılar tərəfindən böyük diqqətlə dinlənilib və sürəkli alqışlarla qarşılanıb.
Konsertdən sonra təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən Kioko Yamamota bildirib ki, "Sarı gəlin"in tamaşaçılar tərəfindən alqışlarla qarşılanması onu gələcəkdə yeni Azərbaycan mahnılarına müraciət etməyə sövq etdi: "Azərbaycan musiqisinin tamaşaçılara təsirinin canlı şahidi oldunuz. Çox sevinirəm ki, Yaponiya ilə Azərbaycan arasında uzun məsafənin olmasına baxmayaraq, sizin musiqiniz belə rəğbətlə qarşılandı. Yaxın gələcəkdə Azərbaycan musiqisinin yeni nümunələri üzərində işləməyi və onları repertuarıma daxil etməyi qərara almışam. Düşünürəm ki, Azərbaycan musiqisinin Tokioda səslənməsi bu zəngin mədəniyyəti Yaponiyada tanıtmaqla yanaşı, həm də iki dost xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm təsir göstərəcək".