17 Sentyabr 22:08
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
“Bu tarix Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindəndir”
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
19 May 2021 01:15
41 321
Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Trend xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.
Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış ediblər.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.
09:25
532
17 Sentyabr 17:29
938
17 Sentyabr 15:12
945