Türkiyə ABŞ-la razılığa gəldi Dünya

Türkiyə ABŞ-la razılığa gəldi

Mövlud Çavuşoğlu: " ABŞ-la birgə tezliklə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlayacağıq"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara hazırlıq getdiyinı açıqlayıb.
Bu barədə Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində bildirib.
"İncirlik hərbi hava bazasından istifadə sahəsində ABŞ-la razılığa gəlmişik. Artıq orada ABŞ-ın pilotsuz aparatları və aviasiyası var. Tezliklə İŞİD-ə qarşı birgə və kompleks mübarizəyə başlayacağıq", - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl İncirlik hərbi-hava bazasından ABŞ-ın silah daşıyan pilotsuz uçan aparatların havaya qaldırıldığı barədə məlumatlar yayılmışdı. Suriya ərazisi üzərində uçuşlar edən pilotsuz aparatlar sadəcə kəşfiyyat məlumatları toplamış, İŞİD-in mövqelərinə heç bir zərbə endirməmişdi.
Bazadan istifadə qaydaları çərçivəsində digər ölkələrin da pilotsuz aparatlarından istifadə oluna bilər. Təyyarələrin istifadə qaydaları ilə bağlı qərarlar isə hər dəfə Türkiyə və ABŞ-ın birgə fəaliyyəti çərçivəsində müəyyənləşdiriləcək.
Xatırladaq ki, ABŞ uzun müddət bu bazadan İŞİD-ə qarşı əməliyyatlarda istifadə edilməsi üçün icazə almağa çalışır.