Altı ayın sosial iqtisadi göstəriciləri ölkəni ancaq tərəqqiyə aparır - Deputat Hadisə

Altı ayın sosial iqtisadi göstəriciləri ölkəni ancaq tərəqqiyə aparır - Deputat

Cari ilin 6 ayın sosial iqtisadi göstəriciləri bir daha əminlik yaradır ki, düzgün iqtisadi siyasət ölkəni ancaq tərəqqiyə doğru aparır. Qısa olaraq rəqəmlər ifadəsində qeyd etmək istəyirəm: iqtisadiyyat 6,2%, qeyri-neft sektoru 9,6%, sənaye istehsalı 2,1%,qeyri-neft sənaye istehsalı 11,5%,əhalinin gəlirləri 20%, orta əmək haqqı 14%, pensiya 10%-dən çox atmışdır. Düzdür, dünyanın ən güclü iqtuisadiyyatları olan ölkələrdə infilyasiya 2 rəqəmli səviyyəyə gəlib. Halbuki, bu ölkələrdə infilyasiya il ərzində cəmi 1,5%-ə qədər olurdu. Azərbaycan da dünyanın bir parçasıdır və dünya iqtisadiyyatı məruz qaldığı qlobal infilyasiya tendensiyası ölkəmizin iqtisadiyyatına da təsir etmiş və 12%-dən çox olub.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edim ki, hökumətin apardığı antiinfilyasiya tədbirləri sayəsində qlobal infilyasiyanın daha da dərinləşməsinin qarşısı alınmış, milli valyutamız manatın məzənnəsi xarici valyutalar qaşısında güclənib.

"Təbii ki, milli valyutamızın dözümlü olması həm insanların sosial rifahının qorunub saxlanmasına, həm də ölkəmizdə investisya mühütünün cəlbediciliyinin artmasına töhfə verir. Xarici dövlət borcunun aşağı salınması istiqamətində ölkə başçısının ötən ilin müvafiq dövründə verdiyi tapşırıqlar yüksək səviyyədə icra olunmuş və bu gün xarici dövlət borcunun ÜDM-in 16,6%-dən aşağı düşərək 10%-dən bir az yuxarı səviyyədə qərarlaşması Azərbaycanın iqtisadiyyatının güclənməsinin göstəricisidir. Ölkəmizdə aparılan iqtisadiyyatın şəffaflaşdırılması siyasəti öz müsbət nəticələrini göstərməkdədir. Beləki, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən tədbirlər sahibkarlıq mühütünün daha şəffaf şıkildə işlənməsinə yol açmışdır. Saibkarlar artıq vergi orqanlardan qorxu ilə fəaliyyət göstərmək mərhələsini arxada qoyaraq artıq vegi orqanları ilə əməkdaşlıq edərək dövlətə vergi ödəməklə fəxr etməklə fəaliyyət göstərir. Bu o deməkdir ki, ölkə iqtisadiyyatında kölgə iqtisadiyyatın payı azalmağa doğru gedir və cari ilin 6 ayında vergi xidməti orqanları tərəfindən 2 milyard manat vəsaitin proqnozdan əlavə yığılması da bunun əyani göstəricisidir", - deyə deputat deyib.
A.Badamov vurğulayıb ki, ölkə iqtisadiyyatında dinamik inkişaf dövrünü yaşayan və iqtisadiyyatda payı artan sektorlardan biri də energetikadır.

"Azərbaycan iqlimin dekarbonlaşdırılması və yaşıl enerjiyə keçidlə əlaqədar qlobal çağırışlara qoşulan ilk ölkələrdəndir. Artrıq 710 meqavat gücündə üç bərpa olunan enerji stansiyalaraın qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Həm də Azərbaycanın bərpa olunan enerji potensialı çox yüksəkdir və dövlət başçımızın tapşırıqları ilə bu sahənin inkişaf əsas prioritetlərin arasındadır. Beləki, torpaqlarımız işğaldan azad olunduğu 1,8 ay müddətində 9 kiçik su elektrik stansiyası bu ərazilərdə inşa edilib başa çatdırılır və ya istifadəyə verilmişdir. Yeni elektrik kommunikasiya xətləri tikilir. Dövlətin hədəfi isə daha çox təmiz elektrik enerjisi itehsal etməklə Avropanın enerji bazarına daxil olmaqdır. Bunun üçün ölkəmizin kifayət qədər böyük potensialı mövcuddur. Bu gün Azərbaycan həm ölkə daxilində yeni elektrik istehsal güclərin yaradılması istiqamətində sürətlə çalışır, həm də Avropa İttifaqı ölkələrinə istehsal etdiyi elektrik enerjisinin çatdırılması istiqamətində yeni xətlərin tikintisində iştirak edir.

Beləki, Qara dənizin dibi ilə yeni elektrik magistral xəttin tikintisi layihəsində iştirak etməklə yanaşı Zəngəzur dəhlizinin açılması və bu ərazidən yeni elektrik xətti marşururtunun tikintisi ərafında qlobal əhəmiyyətli layihələrin ərsəyə gətirilməsinin təşəbbüskarıdır. Bu gün Avropa İttifaqı üçün Azərbaycan etibarlı tərəfdaşdır və ölkəmiz arasında enerji sahəsində əməkdaşlıq sazişinin imzalanaması ilə bu əməkdaşlıqın genişləndirilməsi üçün hüquqi baza formalaşacaqdır. Azərbaycan yerləşdiyi coğrafiasından çox səmərəli istifadə etməklə həm ölkənin iqtisadiyyatının güclənməsi istiqamətində böyük layihələr icra edir, həm də icra etdiyi bu layihələr və uğurlu beynəlxalq siyasəti ilə dünyanın ən etibarlı, hörmətli və nüfuzlu ölkəsinə çevrilib", - deyə deputat əlavə edib.