“Nifrət Nitqinə Yox Hərəkatı” Hadisə

“Nifrət Nitqinə Yox Hərəkatı”

Avropa Şurası Qəbələdə tədbir keçiriləcək

Oktyabr 1-5-də Azərbaycanın Qəbələ rayonunda "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Forum Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən həyata keçirilir.
Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndənin iştirak edəcəyi forumun açılış mərasimi 2 oktyabrın da Qəbələ rayonunda yerləşən Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq.
Forumda məqsəd "Nifrət Nitqinə Yox Hərəkatı" çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir.
Xatırladaq ki, Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının "Nifrət Nitqinə Yox Hərəkatı"na qoşulub.