“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
30 Aprel 2021 15:46
2 555
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi valideyni icbari tibbi sığorta olunan uşaqların həmin sığortadan istifadə edə bilib-bilməyəcəyi məsələsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş Müraciətləri ilə İş Departamentinin koordinatoru Nərgiz Hacıyeva bildirib ki, icbari tibbi sığorta sosial layihədir: “Bu səbəbdən də hər bir vətəndaş sığortalı sayılır. Əgər şəxsin heç bir əmək müqaviləsi yoxdursa, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, o, icbari tibbi sığortalı sayılır, bura uşaqlar da aiddir”.
N.Hacıyeva eyni zamanda qeyd edib ki, poliklinikalarda 18 yaşına qədər 800 uşaq bir sahə həkiminə təhkim olunub: “18 yaşdan yuxarı şəxslərə gəldikdə isə 1800 nəfər bir ailə həkiminə təhkim olunub”.
11:45
336
10:27
679
20 Mart 09:46
1 449