Nərimanov rayonunda narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb Hadisə

Nərimanov rayonunda narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindənverilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakinləri Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutulublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı hazır bükümlər şəkildə satış üçün qablaşdırılan heroin və metamfetamin, elektron tərəzilər və satışı qadağan edilən psixotrop tərkibli “Metadon” həbləri aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutularaq istintaqa cəlb olunublar.