“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
4 Avqust 2021 15:01
1 918
Masallı-Cəlilabad-Biləsuvar KOB İnkişafı Mərkəzinin(KOBIM) təşkilatçılığı və Gənclərin İnkişafı və Karyera Mərkəzinin müvafiq nümayəndəliklərinin təşkilati dəstəyi ilə 2-3 avqust tarixlərində Masallı, Cəlilabad və Biləsuvar rayonlarında "Öz biznesini başla" mövzusunda təlimlər keçirilib.

Masallı, Cəlilabad və Biləsuvar rayonlarında biznesə başlamaq istəyən gənclər üçün bilik və bacarıqlarının artırılması məqsədilə KOB İnkişaf Mərkəzinin açılışından sonra ilk təlimdə lazım olan məlumatlar verilib.
Təlimlərdə biznesə başlamaq istəyən gənclərə SWOT analizi və ideyanın qiymətləndirilməsi istiqamətində, eləcə də biznesin qurması zamanı rastlaşa biləcəkləri çətinliklər barədə danışılıb.
Eyni zamanda təlimdə KOBİM-in peşəkar təlimçiləri tərəfindən biznes planın hazırlanması, satışın proqnozlaşdırılması, məhsulun təsviri və bazar araşdırılması üsulları haqqında məlumatlandırılıb.

100-ə yaxın gəncin iştirak etdiyi silsilə təlimlərdə mövzu ilə bağlı suallar cavablandırılıb və təlimi uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim edilib.

20 Mart 09:46
1 407
19 Mart 17:13
1 701
19 Mart 17:10
1 743