13:20
182.jpg)
Şimali Koreya Rusiyaya göstərdiyi hərbi dəstəyi, o cümlədən ballistik raket və artilleriya sursatlarının tədarükünü, həmçinin öz hava məkanından Rusiya hərbi-nəqliyyat aviasiyasının istifadəsini müvəqqəti olaraq dayandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) məlumat yayıb.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, Moskva ilə Pxenyan arasında gərginlik oktyabr ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Kremlinin gələcəkdə Şimali və Cənubi Koreya arasındakı münasibətlərin deeskalasiyasına töhfə verəcəyi barədə bəyanatından sonra yaranıb.
Pxenyanda bu sözlər hiddətlə qarşılanıb. Oktyabrın sonunda KXDR-in xarici işlər naziri Çxve Son Xi bəyan edib ki, bu cür fikirlər iki ölkə arasındakı müttəfiqlik razılaşmalarının xarakterinə uyğun gəlmir və Moskvanın Seula münasibətdəki siyasətinə dair izahat tələb edib.
BKİ-nin iddiasına görə, bundan sonra Çxve Son Xi Rusiyaya hərbi dəstəyin müvəqqəti dayandırıldığını elan edib. Qurumun məlumatına görə, müvafiq qərarı şəxsən KXDR lideri Kim Çen In qəbul edib. Məhdudiyyətlər, xüsusilə, "KN-23" ballistik raketlərinin və növbəti artilleriya sursatları partiyasının tədarükünə təsir göstərib.
Məryəm Quliyeva