SEPAH: Hörmüz boğazında supertanker və qazdaşıyan gəmi minaya düşüb Dünya

SEPAH: Hörmüz boğazında supertanker və qazdaşıyan gəmi minaya düşüb

Çərşənbə axşamı Hörmüz boğazında göyərtəsində 2 milyon barreldən çox neft olan supertanker və mayeləşdirilmiş qaz daşıyan gəmi dəniz minalarına toxunaraq partlayıb və alovlanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Bu gəmilərdən biri 2 milyon barreldən çox neft daşıyan supertanker, digəri isə mayeləşdirilmiş qaz daşıyan gəmidir", – deyə məlumatda bildirilir.

SEPAH HDQ-nin məlumatına görə, supertanker boğazın qərb hissəsində, qazdaşıyan gəmi isə İran tərəfindən icazə verilməyən cənub marşrutu üzrə hərəkət edərkən minaya düşüb. Qeyd olunur ki, həmin vaxt gəmiləri çoxsaylı Amerika qırıcıları və digər uçuş aparatları müşayiət edib.

Məryəm Quliyeva