“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
20 İyun 2023 17:08
4 221
“Çexiya-Azərbaycan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensial var”. İqtisadiyyat Nazirliyindən xalqcəbhəsi.az-a verilən məlumata görə, bunu İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik ilə görüşündə deyib. Nazir müavini Azərbaycan-Çexiya Qarışıq Komissiyasının bu baxımdan faydalı platforma olduğunu qeyd edib: “Bu ilin mart ayında Komissiyanın Praqada keçirilən 5-ci iclası çərçivəsində təşkil edilmiş biznes konfrans və çex şirkətlərinin rəhbərləri ilə aparılmış müzakirələr işgüzar dialoqun inkişafına töhfə verib. Ölkələrimiz arasında investisiya, ticarət, sənaye, innovasiya, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Çex şirkətləri ilə Azərbaycanda mövcud olan sənaye zonaları, eləcə Ələt Azad İqtisadi Zonası çərçivəsində də əməkdaşlıq edilə bilər”.
20 Dekabr 11:22
1 288
19 Dekabr 17:47
1 561
19 Dekabr 17:37
1 722