11 Noyabr 2024 10:07
3 199
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,73% azalaraq 2 675 ABŞ dollarına bərabər olub.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,44% azalaraq 31,31 ABŞ dollarına bərabər olub.