Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etməyib Dünya

Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etməyib

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsinin istənilən müddəasını müzakirə etməyə hazırdır, lakin bu, onların dəyişdirilməsi ilə bağlı təkliflərin qəbul ediləcəyi anlamına gəlmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan brifinqdə bəyan edib.

Hakimlərin yoxlama prosedurunun mümkün tətbiqi ilə bağlı tənqidləri şərh edən hökumət başçısı məhkəmə sistemində dəyişikliklərin hakimiyyət üçün prinsipial əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bununla yanaşı, o, məhkəmə qərarı ilə vətəndaşlıqdan məhrumetmə ehtimalı ilə bağlı suala ayrıca cavab verməyib.

Paşinyan həmçinin Konstitusiya layihəsinin referenduma çıxarılması üçün müxalifətin çatışmayan altı səsi verməkdən imtina etməsi fonunda növbədənkənar parlament seçkilərinin keçirilməsini də istisna etməyib. Onun sözlərinə görə, hakimiyyət sonrakı addımlarını parlamentdəki səsvermədən sonra müəyyənləşdirəcək.

Məryəm Quliyeva