"Belə bir partlayışların digər strateji obyektlərdə baş verməsi mümkündür" Siyasət

"Belə bir partlayışların digər strateji obyektlərdə baş verməsi mümkündür"

Ermənistanda ötən gün bazarda partlayış və metro stansiyalarına bomba qoyulması barədə zənglərin artması revanşist qüvvələrin hakimiyyətə qarşı təxribatı ola bilər. Revanşist qüvvələrin bu kimi təxribatları N. Paşinyana mesajdır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, bir müddət bundan əvvəl, radikal Sasna Tsrer təşkilatının sədri Jiryar Sefilyanin N. Paşinyan əleyhinə xalqın toparlanmasına çağırış etmişdi. Məhz Sasna Tsrer təşkilatının fəaliyyəti Azərbaycanla razılaşmaya cəhd edən siyasilərə qarşı silaha əl atir:
"Qeyd edim ki, Jiryar Sefilyan radikal və terrorçu siyasi baxışlara malikdir. 2016-ci ildə aprel döyüşlərindən sonra S. Sarkisyan əleyhinə tərəfdarı ilə birlikdə silahlanaraq polis idarəsini tutmuşdu. Eyni analoji hal N. Paşinyana qarşı edilməsi də istisna deyil.

Məhz Yerevan mərkəzi bazarında baş verən bazarda partlayışın dərəcəsi və miqyasına fikir verdikdə, bunun heç də təhlükəsizlik qaydalarının pozuntusu kimi baş verməsini istisna edir. Bu, N. Paşinyana qarşı əhalinin etirazının təşkil etmək və bununla siyasi hərəkat formalaşdırılmasıdır. Belə bir partlayışların digər strateji obyektlərdə baş verməsi mümkündür. N. Paşinyan təhlükəsizlik tədbirlərini gücləndirməsə, hakimiyyətinə qarşı real təzyiqlər ediləcək".

Ermənistan hakimiyyətinin Azərbaycanla əlaqələrini normallaşdırmaq siyasətinə qarşı terror təxribat halları davamlı olacaq. Çünki, Ermənistanda siyasi partiya və təşkilatlar, ideoloji olaraq uzun illərdi Azərbaycana qarşı düşmənçilik siyasəti aparır və hərhansı bir sülh çağırışları bu qüvvələr tərəfindən qarşısı alınır. N. Paşinyana daxili təzyiqlər və bu kimi təxribatların baş verməsi Azərbaycanla sülh sazişinin bağlanmasindan yayındıra bilər. Bu qüvvələrin də əsas strateji planı bundan ibarətdir:

"Paşinyan daxili sabotajciları neytrallaşdırarsa, bu, onun hakimiyyətinin güclənməsinə gətirəcək. Daxili etirazlardan çəkinib Azərbaycanla sülhü deyil, qarşıdurmanı seçərsə, hakimiyyətdə qalmayacaq. Təxribat qrupları da onun Azərbaycanla toqquşmasında maraqlı görür. Ermənistan hakimiyyəti üçün gələcək aylarda iki yol var, Azərbaycanla qarşıdurma, ya da sülh. Azərbaycan iki varianta hazırdır. Ermənistan rəhbərliyi isə, yalnız çıxış yolu sülhdədi".
Cavid