“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
13 May 2023 15:25
2 765
"Böyük Yeddilik" (G7) ölkələri enerji təhlükəsizliyinin və makroiqtisadi sabitliyin yaxşılaşdırılmasına kömək etmək üçün ilin sonunadək tədarük zəncirində tərəfdaşlığa başlamaq niyyətindədir.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Niiqatada keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
"Biz təchizat zəncirlərinin dayanıqlığını artırmaq üçün G7 üzvləri və onun hüdudlarından kənarda əməkdaşlığı daha da gücləndirməyə sadiqik. Təchizat zəncirlərinin şaxələndirilməsi enerji təhlükəsizliyinə töhfə verə və makroiqtisadi sabitliyi qoruyub saxlamağa kömək edə bilər. Biz hazırda RISE (Təchizat Zəncirlərinin Dayanıqlığının və İnklüzivliyinin Artırılması) proqramının bu ilin sonundan gec olmayaraq istifadəyə verilməsi məqsədilə maraqlı ölkələr və beynəlxalq təşkilatlarla işləyirik" - sənəddə deyilir.
Qeyd edək ki, 2023-cü ildə G7-yə Yaponiya sədrlik edir. Mayın 19-dan 21-dək “Yeddilik” sammiti 1945-ci ildə Amerikanın atom bombasına məruz qalmış şəhəri Xirosimada keçiriləcək. Sammitə Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri də dəvətlidir.
20 Dekabr 11:26
1 337
19 Dekabr 18:44
1 589
19 Dekabr 17:46
1 624