5 İyun 2023 15:23
2 779
Ermənistan və Azərbaycan xarici işlər nazirləri münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqları davam etdirəcəklər.
APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib.
Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.
XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb.
“Digər detalları əlavə olaraq bildirəcəyik”, - XİN nümayəndəsi vurğulayıb.
17 Sentyabr 19:51
868
17 Sentyabr 18:09
945
17 Sentyabr 17:32
1 106