“Azərbaycan və Türkiyənin səyləri nəticəsində türk dövlətlərinin birliyi yaranıb”-politoloq Siyasət

“Azərbaycan və Türkiyənin səyləri nəticəsində türk dövlətlərinin birliyi yaranıb”-politoloq

“Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. Bu artıq bir dövlət ənənəsi halını alıb. Hər iki ölkənin başçıları ilk səfərini qarşılıqlı şəkildə edir. Bundan başqa bu iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsi, bu münasibətlərin hər iki ölkə üçün böyük əhəmiyyəti ilə şərtlənir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki,
Azərbaycan və Türkiyə bir millət iki dövlətdir: “Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyip Ərdoğanın səyləri nəticəsində bu gün iki ölkə təkçə eyni etnik dini dəyəlrəi daşımır həmdə müttəfiq, strateji tərəfdaşdır. İki ölkə arasında işğaldan azad edilənmədəniyyət paytaxtımız Şuşada imzalanan Şuşa bəyannaməsi tarixi əhəmiyyət kəsb edir”.
Politoloq əlavə edib ki, Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqidir: “Təbii ki münasibtələri mütəfiqlik səviyyəsinə çatmasında ortaq maraqlar, din, etnik eyniliklə yanaşı iki liderin şəxsi dostluq münasibtələri də mühüm yerə malikdir. Prezident İlham Əliyev və Prezident Ərdoğan arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin arasında əlaqəlırin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdəndir.
Bu gün iki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir. Siyasi iqtisadi diplomatik hərbi sahədə isə münasibtəlrə ən üst səviyyədədir. Azərbaycan və Türkiyənin səyləri nəticəsində türk dövlətlərinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivısində sıx birliyi yaranıb: “Bu dəyişən və qloballaşan dünya nizamında mühüm strateji gedişdir. İki ölkə illədir bu siyasi xətti izləyir. Təsadüfi eyil ki,bu gün TDT təşəkkülü və bir siyasi təşkilat kimi dünya siaysi arenasında öz yerini qazamasında iki ölkə liderlərin fəaliyyti misilsizidir.
İki ölkə arasında müdafiə sənayesi sahəsində mühüm işlər görülür. Xüsusi ilə ordu quruculuğu sahəsində Azərbaycan Türkiyə ordu modelinə keçid edir. PUA istehsalı sahəsində də mühüm yeniliklər əldə edilib”.

Əli