ABŞ nümayəndə heyəti TRIPP üzrə görülən işləri müzakirə etmək üçün Ermənistandadır
Prezident Bakı Olimpiya Stadionunda WUF13 ilə bağlı görülən işlərlə tanış olub
ÜST: Azərbaycanda yaşayan gəmiricilər arasında hantavirusa rast gəlinmir
Fidan: ABŞ və İran əslində müharibəni dayandırmaq istəyirlər
“ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu”
20 Aprel 2025 17:20
3 178
Silahsızlanmadan sülh əldə oluna bilməz və özünü müdafiə etmək istəyi silahlanma yarışına çevrilə bilməz.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Roma Papası Fransisk Pasxa mesajında bildirib.
Müqəddəs Pyotr kilsəsinin eyvanında mesajının oxunması zamanı 88 yaşlı papa özü iştirak edib və möminləri Pasxa bayramı münasibətilə təbrik edib.
"Tərksilahsız heç bir sülh mümkün deyil! Heç bir xalqın öz müdafiəsini təmin etmək ehtiyacı silahlanma yarışına çevrilə bilməz", - o bildirib.
O, bu il Pasxa bayramının həm katoliklər, həm də pravoslavlar tərəfindən qeyd edildiyi Müqəddəs Torpaqda sülhə çağırıb.
"Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlara, eləcə də bütün İsrail və Fələstin xalqına yaxınlığımı bildirirəm", - o söyləyib.
Pontifik həmçinin Livan və Suriyadakı xristian icmaları üçün dualar etməyə və Rusiya - Ukrayna müharibəsində tərəfləri sülhə çağırıb. Bundan əlavə, Fransisk Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması gözlənilən Qafqazı, siyasətçilərin gərginliyə və böhrana yol verməməli olduğu Balkanı, eləcə də Afrika ölkələrindəki, Yəmən və Myanmadakı çətin vəziyyəti xatırladıb.
Son 11 ildə ilk dəfə olaraq pravoslav və katolik Pasxa tarixləri üst-üstə düşüb.
15:35
182
15:00
574
13:56
1 974