“Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa...” Siyasət

“Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa...”

Azər Verdiyev: "Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qalacaqlar"

Hikmet Eren: "Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün nə maddi ,nə də insanı resursları var"

"Ermənistan atmış olduğu son addımlarla danışıqlar, sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoyur". Bunu Qlobal Aaraşdımalar Liqası İctimai Birliyinin (QALİB) sədri, siyasi şərhçi Azər Verdiyev bildirib. Azər Verdiyev Ermənistan tərəfinin mütəmadi olaraq cəbhə xəttində təxribatlar törətdiyinə diqqət çəkərək bildirib ki, bu vəziyyət ötən ilin aprel hadisələrindən əvvəlki durumu xatırladır: "O zaman Azərbaycan Ordusunun ön xətdəki kiçik birləşmələri düşmənin həmlələrinə, təxribat cəhdlərinə tutarlı cavab vermişdilər. Son hadisələr nəticəsində də ordumuzun bir itkisinə qarşı düşmənin altı yaraqlısı məhv edilib. Ermənistan silahlı birləşmələrinin təxribatlar törətməsi, bu ölkənin xarici işlər naziri Edvard Nalbəndyanın məsuliyyətsiz bəyanatlar verməsi, bu görüşlərin baş tutmamasının qarşısını almaq, yaxud görüşlər keçirildiyi təqdirdə fundamental məsələlərin müzakirəsindən yan keçmək məqsədi daşıyır. Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qalacaqlar və artıq üzləşirlər". İctimai Bilik sədrinin sözlərinə görə, Ermənistan istəyir ki, Azərbaycanı hüquq pozuntularına gətirib çıxara biləcək addımlar atmağa təhrik etsin: "Lakin Azərbaycan layiqli cavabını verir. Azərbaycanın həyata keçirdiyi cavab tədbirləri beynəlxalq hüquq çərçivəsindədir. Azərbaycanda ən yüksək səviyyədə də bəyan edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir. Danışıqlar prosesi nəticə vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin, edəcək də. Bir daha qeyd edirəm ki, aprel hadisələri bütün ünyaya Azərbaycanın gücünü göstərdi. Görünən odur ki, Ermənistan Azərbaycana münaribədən başqa alternativ yol buraxmır. Biz hazırıq, onlar isə yox".
Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren isə bildirib ki, Ermənistanın sülhdən başqa yolu yoxdur. Hikmet Eren cəbhə bölgəsində vəziyyəti gərginləşdirən rəsmi İrəvan olduğunu qeyd edib: "Ermənistanın daxilində siyasi vəziyyət gərgindir. Sarkisyan hakimiyyəti vəziyyətə nəzarət edə bilmir. Sarkisyan hakimiyyəti bu gün cəbhədə vəziyyəti gərginləşdirməklə,diqqətə yayındırmağa çalışır. Ortada gerçək bir fakt var: Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün nə maddi, nə də insanı resursları var. Azərbaycan Qarabağ üzərində tam hüququna bərpa etmək gücünə malikdir. Ermənistan münaqişənin həllinə nə qədər çox səy göstərsə, bir qədər çox qazanacaq. Əkshalda Ermənistan itirəcəyi çox şey var. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir". H.Eren Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı danışıb. "Bu gün iki qardaş ölkə beynəlxalq arenada birgə və ortaq hərəkət edirlər. İqtisadi-sosial və mədəni əlaqələrlə yanaşı, hərbi əlaqələrimiz inkişaf edir. İki ölkənin siyasilərinin qarşılıqlı səfərləri və imzalanan sazişlər əlaqələrimizi daha da möhkəmləndirir. Çünki əlaqələrimizin ana mənbəyində Türk dünyasının böyük övladı Heydər Əliyevin məşhur "Bir millət, iki dövlət" şüarı durur".