
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu dəqiqələrdə Budapeştin mərkəzində, Qəhrəmanlar Meydanında həmvətənlərimizin kütləvi aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, "Qardaşlıq" Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi (AHYU) və bu yaxınlarda Budapeştdə açılan Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə Dunay üzərində şəhərin mərkəzi hissəsində keçirilən mitinq azı 200 nəfəri birləşdirib.
Aksiya iştirakçıları "Erməni təcavüzünü dayandırın!", "Qarabağ – Azərbaycandır!", "Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!", "Ali Baş Komandan, biz sizin əsgərlərinizik!" kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının əllərində Azərbaycan, Türkiyə, Macarıstan bayraqları, həmçinin Ermənistanın regionda davranışını pisləyən transparantlar var. İştirakçılar arasında müxtəlif, o cümlədən türk, qazax, Bosniya diasporlarının də təmsilçiləri var.
Mitinq insidentsiz keçir, çaşqın və köməksiz halda kənarda dayanaraq, öz ölkələrinin necə "yuyulub sərilməsini", onun "tarixi xüsusiyyətləri" və "Allah tərəfindən seçilmələri" barədə yalanların necə ifşa edilməsini izləyən ermənilər də hər hansı provokasiya törətməyə cəsarət etmirlər. Buna baxmayaraq, şanlı macar polisi də sayıqdır, hər hansı provokasiyanın qarşısını almağa və bu günlərdə Varşava və Londonda keçirilən aksiyaların gedişində ermənilər tərəfindən qeydə alınan alçaq hərəkətlərin bənzərinə yol verməməyə hər an hazırdır.
Mitinq başa çatdıqdan sonra AZƏRTAC onun yekunları barədə geniş məlumat verəcək
.